Kullanıcı Adı: Şifre:
Türküstan Qezəti

Ana Sayfa / Röportaj / “Tarixin rəngi o qədər bozdur ki...”
Etiketler:

“Tarixin rəngi o qədər bozdur ki...” “Tarixin rəngi o qədər bozdur ki...”

Mehriban Ələkbərzadə: “Tarixin rəngi o qədər bozdur ki...” “Tarixi təbiət yaradır, təbiətə qarşı çıxan insan yoxdur”

2011-06-10, 11:34:57 Okunma: 325 1 yorum





Mehriban Ələkbərzadə:

 

Tarixin rəngi o qədər bozdur ki...”

 

Tarixi təbiət yaradır, təbiətə qarşı çıxan insan yoxdur”

 

İstənilən rejissorla müsahibə hazırlanan zaman mütləq onu iş prosesində izləməlisən. Çünki önəmli olan rejissorun iş prosesində aktyorlarla necə dil tapmasıdır. Əgər rejissor quruluş verdiyi tamaşaya və ya filmə dəvət etdiyi aktorlarla qarşılıqlı şəkildə bir birini anlamasa o zaman hər hansı bir sənət nümunəsinin yaranması şübhə altına alınır. Ancaq haqqında bəhs edəcəyim rejissor xanım istənilən sənət nümunəsini yaratdığı zaman yüz ölçüb, bir biçməsini bilir. O, sənət nümunəsi yaratdığı zaman istənilən deyil, istədiyi, rolda gördüyü aktyorla bir araya gələrək tamaşaçıya yeni söz deyəcəyinə inanır. Öncə müsahibimin keçdiyi həyat yoluna baxaq, sonra birgə müsahibəni oxiyaraq onun iç dünyasında nələrin olduğunu anlamağa çalışaq.

 

Qısa arayış: Mehriban Ələkbərzadə Azərbaycan Dövlət İncəsənət İnstitutun rejissorluq fakültəsində təhsil alıb. Tələbəlık illərində institutun Tədris teatrında Tennessı Uilyamsın “Sökülən yurd”, Eduard de Filipponun “Silindr”, Dövlət televiziyasında Elçinin “Ömrün son səhəri” pyeslərini tamaşaya hazırlayıb. Fəaliyyət göstərdiyi müxtəlif teatrlarda müxtəlif janrlara müraciət edib. Lənkəran Dövlət Dram Teatrında Şıxəli Qurbanovun “Sənsiz”, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra”, Stanislav Stratiyevin “Avtobus”, pyeslərinə quruluş verib. 1990-cı ildə “Azərbaycanfılm” kinostudiyasında “Güzgü” qısametrajlı bədii filmini çəkib. 1991-ci ildən Akademik Milli Dram Teatrında rejissor köməkçisi olaraq fəaliyyətə başlayıb. 1992-ci ildən hazırda adı çəkilən teatrda quruluşçu rejissor olaraq fəaliyyət göstərir. Bu teatrın səhnəsində ”Dəfn edilməmiş ölülər”, “Min illərin işığı”, “Poçt şöbəsində xəyal”, “Afət”, “Qatil” və s. tamaşalar hazırlayıb. O Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin “Yaşa, ey haqq!”, Jan Koktonun “İnsan səsi”, Marşa Normanın “Gecən xeyrə qalsın, ana”, Mehriban Vəzirın “İlğım”, Afaq Məsudun “Cəza” əsərlərini tamaşaya hazırlayıb. “Space” televiziyasında müəllif, rejissor, aparıcı işləri özünə aid olan “Dünən, bu gün, sabah”, “Telebenefıs”, “Fövqəl dünya və mən” müəllif proqramları xüsusuilə diqqət mərkəzində dayanıb. Bu televiziya kanalında dörd seriyalı tarixi “Qırmızı Terror və ya Mircəfər Bağırov”, “Azərbaycan xanlıqları” bədii-sənədli fılmlərin rejissorudur. Rejissorun 2007-ci ildə çəkdiyi “Məhkumlar” filmi onun böyük kinoya gəlişində çox mühüm rol oynayıb. Rejissorun son filmi dövlət sifarişi ilə çəkilən 3 seriyalı “Mart hadisələri-yaxud 18-ci ilin Qara oyunları” filmidir.

 

- Televiziya, Teatr, Kino rejissoru olaraq fəaliyyət göstərməklə hər birində özünüzü uğurlu formada təsdiq etdiniz. Sizcə bu bir təsadüf idi, yoxsa çəkdyiniz zəhmətin nəticəsi idi ki, belə bir peşəkarlıq nümayiş etdirə bildiniz?

- Əslində mən peşə etibarilə teatr rejissoruyam. İkinci peşəm tarixçidir. Hazırda Elmlər Akademiyasının böyük elmi işçisiyəm. Son 10 ildə tarixi filmlərə qarşı meylim yarandı. Azərbaycanın, ümumiyyətlə isə Türk tarixinə müraciət etmək, araştırmaq istəyi məndə çox güclü olduğu üçün bu yolu özüm üçün seçdim. Qəribəsi odur ki, tarixə qarşı yaranan maraq o dərəcəyə çatmışdı ki, artıq bədii filmlərə, bədii materiala üz tuta bilmirdim. Paralel aparmaq mümkün olsa da, bu bir sıra çətinliklər yarada bilərdi. Buna görə özümü tamamilə tarixə həsr etdiyim üçün sadəcə 2-3 ildən bir tamaşa hazırlaya bilirdim. Sonrakı proseslərdə iş elə gətirdi ki, mən bədii film çəkilişi üçün kinostudiyaya dəvət aldım, yeni bir bədii film yaratdım. Sonra Azərbaycan Televiziyasında “Maarifçilik” studiyasına rəhbər olaraq dəvət aldım. Hərbi, təhsil proqramlarında prinsipiallıq göstərirdim, hətta bunu israrla edirdim.

- Harda çalışmağınızdan asılı olmayaraq dəstt-xəttiniz dəyişməz olaraq qaldı...

- Dəstt-xəttimin dəyişməsi imkansızdı, mütləq olaraq qalmalı idi, hətta qələbəyə qədər bu prinsip davam etməli idi.

- Ancaq prinsipial insanlar üçün necə maneələr var onu da yaxşı bilirsiniz..Ola bilməz ki, siz maneələrlə qarşılaşmadınız?

- Çox çətin olurdu, çünki anlaşa bilmirdik. Getdikcə hiss etdim artıq televiziya da formatını dəyişir, artıq mən tələb olunan şou statusunda deyildim. Ümumiyyətlə isə mənim üçün boş bir zaman məfhumu yox idi. Belə bir vaxda elmi işim başlamışdı, eyni zamanda 1918-ci il hadisələri ilə bağlı 3 hissəli bədii-sənədli filmin çəkilişlərinə başlamalı idim. Onu da qeyd edim ki, 3 hissəli bu film sənədli faktlar üzərində qurulsa da filmdə bədii film xarakteri vardı, burada oyun göstərmək lazım gəlirdi. Söhbət tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti üzərində qurulan bir filmdən, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Topçubaşov, Xoycki və başka şəxsiyyətlərin həyatını əks etdirən filmdən gedir. stenoqramlar və faktlar əsasında onların səhnələrini və 31 Mart soyqırımından Nuru paşanın Bakıya girişinə qədər baş verən hadisələrdə adlarını çəkdiyim insanların tutduğu mövqe, onların dialoqları və s. oyun olaraq lentə aldıq. Daha sonra tarixi araştırma işimiz başladı. Qars, Ərzurum, Ankara, Malatya və İstanbulda alimlərlə müsahibələr hazırladıq, söhbətlər yazdıq. Şəxsəm mənim İstanbul-Osmanlı arxivində çalışmam filmin dəyərli bir şəkildə yaranmasında böyük rol oynadı. İstanbul-Osmanlı arxivində çalışmak üçün mənə şərait yaradan Endər Bayıra, eyni zamanda bizə kömək edən -Başbakanlık Osmanlı Arşivi Daire bakanı Yusuf Holacoğlu, Enver Konukçu, Nesrin Salim Gonce və digər şəxslərə minnətdarlığımı bildirirəm. Sonra Moskvada, Sankt-Peterburqda alimlərlə müsahibələr hazırladıq, eyni zamanda Azərbaycanda dövrün ön önəmli alimləriylə-Cəmil Həsənli, Anar İsgəndərov, Solmaz Tohidi, Firdovsiyyə Əhmədova, Cəbi Bəhramov kimi dəyərli insanlardan gedir ki, onların hər biri iş prosesində bizə köməklik göstərdi. İki illik iş nəticəsində istənilən nəticəni əldə edə bildik. Filmin 1-ci hissəsi Xaçlı yürüşlərindən başlayaraq Konstontinopolun fəthinə qədər, Osmanlıdan Atatürk dövrünə qədər, sonra isə 1-ci dünya müharibəsinə qədər əhatə edir. Filmin 2-ci hissəsini isə -Türklərin hansı səbəbdən hədəf olaraq seçilməsi- məsələsi üzərində qurduq. Əslində dini qarşıdurmaların səbəbi sivilizasiyaların qarşıdurma məsələsi idi ki, bu da filmdə öz əksini tapdı.

- Böyük araşdırma işi əslində...

- Bu film ömrümün iki ilini aldı. Buna baxmararaq tarixi həqiqətləri üzə çıxarmaqla bilmədiklərimizi də öğrəndiyimiz üçün sevərək bu işi gördüm. Filmi yaratmaqda əsas məqsədimiz: Dünyaya onun görmək istəmədiyi “həqiqətin var olması”nı göstərməkdir.

Araştırma işi müəllifə kifayət qədər geniş material verir. Bildiyiniz kimi mən də uzun illər kino araştırması ilə məşğul oldum və sadəcə mənim deyil, hətta kinematoqrafçıların əksəriyyətinin belə bilmədiyi faktları üzə çıxardım.

- Nəşr olunan kitablarınızdan belə bəllidir ki, nə qədər geniş materiallar əldə etmisiniz. Əslində araştrımaçı araştırılan mövzunun ən yaxşı bilicisidir.

- Ancaq çox zaman təhrif olunmuş tarix araştırmaçını belə çaşqın bir vəziyyətə gətirib çıxarır...70 il bir imperiyanın tərkibində olan ölkənin tarixi istənilən formada dəyişdirildi axı... Bilirsinizmi, tarix o qədər bozdur ki,(başqaları tarixə qırmızı deyir-M.Ə.) heç bir şeyi qəbul etmir. Tarix boz səhifəsində hər şeyi olduğu kimi saxlayır. Tarix nə qədər təhrif olunsa belə zaman o qalıqları çıxarıb atır. Qeyd etdiniz ki, SSRİ dövründə tariximiz təhrif olundu. Haqlısınız, ancaq təhriflərin içində faktların fakt olaraq qalması və bu günə gəlib çıxması bir daha sübut edir ki, tarix hər şeyi olduğu kimi saxlama gücündədir. Tarixi təbiət yaradır, təbiətə qarşı çıxan, bu gücə sahib insan isə yoxdur.

- Bəlkə bu səbəbdən “tarix təkrar olunur” ifadəsi bir gerçək olaraq hər zaman təkrarlanaraq özünün var olduğunu göstərir?

- Ona görə ki, dünyada, yer üzündə yeni heç nə yeni baş vermir. Bir pritçada deyilir: Allah göydən qalaktika cazibəsində olan planetə-yür kürəsinə baxdı, baxdı və gördü ki, yür kürəsindən tüstülər qalxır. Əlini uzatdı, həmin tüstüləri buludlara qarışdırdı. Belə bir məqamda hər tərəf toz-dumana büründü və tezliklə hər tərəf yenidən sakin bir axara dönüşdü. Allah üzünü çevirdi və “Bu heç də pis oyun deyildi, ona bir də baxmağa dəyər” dedi.

- Maraqlıdır...

- Ən maraqlısı isə odur ki, Allah hər dəfə qurub yarada bilər, bu gücə sadəcə bir tək O sahib. Bu da o deməkdir ki, bu dəfə də qurulan, yenə dağıldı, ancaq yenə təkrar olunacaq. Bu baxımdan tarix də, təəssüf ki, yanlışlar da təkrar olunur.

- Məntiq baxımından çox güclü fikirdi, insanı düşünməyə vadar edir...

- Bəli, burda böyük məntiq var. Allaha bizim kamil ruhumuz(əgər varsa) lazımdı, ətimiz, sümüyümüz onsuzda torpağa qarışacaq. Kamil ruh, yenidən dönəcək kamil ruhların qorunduğu yerə. Günahkar ruhlar isə yenidən göndəriləcək. Onda bir də tamaşaya baxacaq, bir də hər şey yenidən yaranacaq, bir sözlə hər şey yenidən yaşanacaq.

- Ancaq əsrlər keçsə də kamil ruhlar həmişə az olub, hətta yox dərəcəsində..

- Bilirsinizmi niyə? Həfs məsələsi...Seçim ixtiyarımızda, kamillik zirvəsinə yüksəlmək üçün doğru seçim etməlisən.

- Əslində yerinə düşər ağıllı insanla, müdrik insanın fərqli cəhətlərini göstərmək....Ağıllı çalışır ki, səhv etməsin, ancaq müdrik insan ümumuyyətlə səhv etmir...

- Müdrik dünyada baş verən hadisələrə müdrikcə baxmağı bacaran adamdı. Yəni dünya hadisələrinin içində çırpınıramsa, vurnuxuramsa, başımı itirirəmsə, özümü öldürməyə cəhd edirəmsə deməli müdrik deyiləm. Müdrik insan ən dəhşətli hadisələrə yumşaq, təbəssümlə, bəlkə bir qədər səbrli, sarkazmla baxmağı bacarır. Bu yaxınlarda bir tasmaşaya baxdım, 37-ci il hadisələrindən bəhs edirdi. Tamaşa ilə bağlı fikrim soruşulan zaman “mən o nəsil deyiləm ki, 37-ci il hadisələrinə gülərək baxıb, gülərək fikir yürüdüm” dedim. Ümumiyyətlə inanmıram ki, bizim nəsildən kimsə o hadisələri gülərək izləsin. Mən hələ də o hadisələrə ağrıyıram. Ağrıyan yerdə isə müdriklik olmur.

- Ancaq ağrılarımız bitmək bilmir ki...Bugün insanların hər birinin gözündə kədər görürük, çox az hallarda gözləri gülən insanlar görmək mükündü, o da bəlkə təsadüflərlə bağlıdır.

- Ən yaxşı halda insan evinə qazanacağı-çörəyi hardan tapacağam-kədərini daşıyır. Xoş o insanın halına ki, evinə aparacağı çörəyi yox, yəni necə edim ki, sabaha sağ çıxım yox, “sabah üçün mən dünyaya nə edə bilərəm” fikrində olsun...

- Təəssüf ki, belə fikirləşən yoxdu..

- Haqlısınız, belə fikirləşən yoxdu. Ancaq bir məqama xüsusilə diqqət yetirməliyik. Əbədiyyəti fikirləşmək üçün yerin bütün qayğılarını, əzab çəkmək deyil, onları yoluna qoyaraq göyə baxmaq lazımdır.

- Ancaq bütün qayğılardan da azad olmaq da mümkün deyil...

- Mümkün deyil... ona görə də biz təbiətin yaratdığı ən ağıllı məxluq olsaq da, ən güclü məxluq deyilik. Yaradılmışların içində ən ağıllısı insandı, ancaq ən güclüsü deyil. Təbiət bizdən çox-çox güclüdür...

- Ancaq təbiət insanlara da lazım olan gücü verib. İşində peşəkar olanlar təbiət tərəfindən seçilmişlərdi...Siz də peşəkarsınız, deməli güclüsünüz?

- Təşəkkür edirəm...

- Gəlin yenidən teatr səhnəsinə qayıdaraq söhbətimizi davam etdirək. Etiraf edim ki, yenidən sizi teatr səhnəsində görmək çox gözəldi. Deyəsən yaxın zamanlarda yeni bir tamaşa seyr etmək imkanları qazanacağıq?

- Təbii ki, Tear rejissoru mənim 1-ci peşəm hesab olunduğu üçün buradan uzaqlaşa bilmərəm. Əslində Teatr rejissor üçün baza verir. Bu bazanın-kinoda mütləq əhəmiyyəti var. Çünki kino film çəkilişlərində dəqiq olaraq görüntü ehtiyacı yaradır. Görüntü üçün-Teatr məntiqi araşdırma üçün əvəzsizdir.Görüntü məntiqi isə, Teatr(oyun şənlikləri) ilə qidalanır. Hazırda yeni bir tamaşa üzərində işləyirəm. Aktyor seçimləri üzərində iş gedir. Yeni tamaşa aktyordan intellekt, müasir baxış tələb etdiyi üçün seçimdə bir qədər tərəddüd edirəm.

- Deməli aktyor problemi hələ də var?

- Aktyor problemi var və yəqin ki, həmişə də olacaq. Bu başqa bir söhbətin mövzusu...Mənim üçün bir sual çox maraq doğurur. Rejissor olaraq istədiyiniz mövzulara quruluş verdiniz, yoxsa istənilən mövzulara. Məsələn, çalışdığınız yerin tələbi ilə mövzu seçmək zorunda qaldığınız oldumu?

 

ULDUZƏ QARAQIZI

qaraqızı@rambler.ru

 

YORUMLAR // 1 Adet yorum yapıldı.
teklif
2011-06-10, 15:02:18, 213.154.12.222
Ilkin diyor ki;

Mehriban Xanimi televiziyadaki islerinden taniyirik.Ela desti xetti vardi.tarixi hamimizin gorduyu tarix muellimleri kimi deyil tam eksine daha maraqli bize catdirirdi.Metbuatda da olsa bu terzde yazsaydi ela olardi.


 


Adı Soyadı (*)


Başlık (*)


Yorum içeriği (*)


3 + 7 = (İki sayının toplamını aşağıdaki kutuya giriniz.) (*)


Bu Hafta |
Bu Ay |

Arap ülkelerinde başlayan ayaklanmada ABD'niñ bir étkisi olduğunu düşünüyor musunuz?
Yok! Bu ayaklanmalar Arapların bilinçlenmesi ile oldu.
Évet! Bu işte kesinlikle ABD'niñ ilişiği olmalı.
Her işe de ABD'yi sokmayın be kardeşim!
Bilmiyorum. Kesin bir yargıya varamıyorum.