Kullanıcı Adı: Şifre:
Türküstan Qezəti

Ana Sayfa / Röportaj / “Azərbaycan tarixində Difainin misilsiz yeri vardır”
Etiketler:

“Azərbaycan tarixində Difainin misilsiz yeri vardır” “Azərbaycan tarixində Difainin misilsiz yeri vardır”

Yazar Anar Turan: “Azərbaycan tarixində Difainin misilsiz yeri vardır”

2011-06-10, 11:33:21 Okunma: 216 0 yorum





Yazar Anar Turan: “Azərbaycan tarixində Difainin misilsiz yeri vardır”

 

Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun eksperti, tanınmış yazar-təhqiqatçı Anar Turanla müsahibə

 

- Anar bəy, siz bir yazar olmaqla yanaşı, həm də araşdırmaçısınız. Sizə sualımız “Difai” təşkilatı ilə bağlıdır. Təşkilat hansı zərurətdən yarandı və Azərbaycan xalqının ictimai-siyasi həyatında hansı rolu oynayıb?

 

- Bu hadisələr tariximizin çox da uzaq olmayan səhifələridir. Belə ki, ötən əsrin əvvəllərində (1905-1906) Azərbaycanın demək olar ki, bütün bölgələrində başlanan milli qarşıdurma, ermənilərin rusların dəstəyi ilə silahsız türklərə qarşı insanlığa sığmayan hərəkətləri və açıq terroru artıq həddini aşmışdı. Erməni “daşnak”, “qnçaq” quldurlarının törətdiyi vəhşiliklərin misli bərabəri yox idi. Türk öz doğma torpağında öldürülür, təhqir edilir, və işgəncəyə məruz qalırdı.

Belə olan təqdirdə silahsız və günahsız azərbaycan türkünü qoruyacaq,onun amansız düşmənə müqavimətini ortaya qoyacaq bir təşkilata ehtiyac yarandı. Vəziyyət o həddə çatdı ki, bir qrup ziyalılarımız və milli mənafeyi hər şeydən üstün tutan, təəssübkeş bəylərimiz, öncüllərimiz belə bir təşkilatın yaranmasına fərman verdilər.

Bu təşkilatın yaradıcıları Azərbaycanın düşünən beyinləri idi. Xalqımızın böyük oğulları Əhməd bəy Ağaoğlu, Ələkbər bəy Rəfibəyli, Xasməmmədov qardaşları, K. Mehmandarov, Şeyxülislam axund Pişnamazzadə və digər şəxslər “Difai” adlanan bu firqəni yaradaraq türkün düşmənlərinin ölüm kabusuna çevrildilər.

Bu insanlar, bu təşkilat əzilən Azərbaycan türkünün mühafizəsi üçün özünü hər cür təhlükəyə atır, və qarşısında duran hər kəsi məhv edirdi. Difai sözünün tərcüməsi müdafiə deməkdir. Adından göründüyü kimi, bu firqə talançılığı, günahsız insanların qətlini yox, milli qarşıdurma yaradan daşnaqları və onlara kömək edən rus məmurlarını hədəf seçmişdi. Difainin qətlinə fərman verdiyi şəxslər arasında ermənipərəst rus generallarını, daşnak başçılarını hətta yerli xainləri də göstərmək olar.

Azərbaycan tarixində Difainin misilsiz yeri vardır. Rus müstəmləkəçiliyinə və erməni quldurluğuna qarşı vuruşan bu təşkilat xalqımızın yaddaşında dərin iz buraxmışdır. Mənfur sovet rejimi 70 il ərzində bu təşkilatın adını belə çəkməyi qadağan etmişdi. Lakin müstəqil olduqdan sonra xalqımız Difaini yenidən xatırladı.

 

- Difanin əsas gücü nə də idi ki, onu ifşa etmək mümkün olmurdu? Xüsusilə, Çar Rusiyasının gizli xəviyyəsində diqqətindən necə yayına bilirdi?..

 

- Birincisi Difai özü güclü məxfi sistem yaratmışdı və onun üzvləri seçilmiş insanlar idi. Eyni zamanda Difainin hər bir dövlət qurumunda, xüsusilə də rus təhlükəsizlik xidmətində etibarlı dayaqları var idi. Ən əsası isə o idi ki, Difai xalqın maraqlarını müdafiə edən bir qurum olduğu üçün onun əsas daxili gücü də məhz xalqdan gəlirdi. Xalq öz qeyrətli oğullarını qiymətləndirir və onları heç bir vəchlə ələ vermirdi.

 

- O, zaman Azərbaycanın milli burjuaziyanın təşkilata münasibəti necə idi?

 

- Difainin tərkibi müxtəlif təbəqələrdən olsa da, onları ümumi maraq, milli mənafe birləşdirirdi. Bu gizli təşkilatın əsas qüvvələrinin içində təbii ki, o zaman ki, milli burjua nümayəndələri də var idi. Çünki, təşkilatın fəaliyyətinə, onun belə desək topxanasının, cəbhəxanasının yaradılmasına,saxlanmasına xeyli vəsait tələb olunurdu. Bunları da tək sadə xalqın ianələri hesabına təşkil etmək olmazdı. Sözsüz ki, bu işdə Azərbaycanın tanınmış bəyləri, din xadimləri, tacirləri, hətta neft milyonçularının da yaxından iştirakı bir faktdır.

 

- Azərbaycan Demokratik Respublikası yaranandan sonra “Difai” hansı funksiyanı yerinə yetirirdi?

 

- Azərbaycan Xalq Cumhuriyyəti dövründə Difainin fəaliyyəti hərbi mücadilədən siyasi mücadiləyə keçdi. Həm də 1918-ci ildə baş verən soyqırımda, erməni-bolşevik quldurlarına qarşı mübarizə çətinləşmişdi. Ancaq qardaş Osmanlı dövlətinin vaxtında etdiyi yardım xalqımızı xilas etdi. AXC- hökümətinin qurulmasında Difai və onun qurucularının böyük xidmətləri olmuşdur. Əhməd bəy Ağaoğlunun fəaliyyəti isə tək Azərbaycanla deyil, bütün Türk dünyası ilə bağlı olmuşdu. Təsadüfi deyildir ki, Atatürkün başçılığı ilə Türkiyə Cumhuriyyətinin qurulmasında Əhməd bəyin xidmətləri danılmazdır.

 

- Bəzən belə fikir eşidirik ki, bu gündə “Difai” təşkilatı fəaliyyət göstərir? Bu, fikir nə qədər reallığı əks etdirir?

 

- Xalq heç vaxt öz qəhrəmanlarını unutmur, əksinə onları yaşadır, hətta elə hesab edir ki, onlar bu gündə var sadəcə başqa simalarla. Difai Azərbaycan türkünün ağır sınaqlarla,ölüm-dirim mübarizəsi ilə qarşı-qarşıya qaldığı bir zamanda meydana çıxdı. Türkün düşmənlərinə ölüm dərsi keçdi. O vaxt dövlətimiz yox idi. Olsaydı bəlkə də Difai-nin yaranmasına ehtiyac da olmazdı. Fikrimcə bu günün Difaisi azad, müstəqil, öz bayrağı, gerbi, himni, və güclü ordusu olan Azərbaycan dövlətidir. Amma onu da qeyd etməyi özümə borc bilirəm ki, bu təşkilatın adı və onu yaradanların adı əbədiləşdirilməli, xalqımızın hər bir üzvünə bu təşkilatın mücadilə meyarları öyrədilməlidir ki, hər bir Azərbaycan türkü zamanı gələndə bir Difaiçi olsun.

 

- Bu gün təşkilat haqqında elə məlumatlar varmı ki, açılmamış olsun, hələ də tədqiqatçılarımızın yolunu gözləyir?

 

- Əlbəttə bu təşkilatın məqsəd və vəzifələri o qədər böyük idi ki, bir neçə il fəaliyyəti ərzində onların etdiklərinin yalnız bir qismini biz bilirik. Mən əminəm ki, onların qəhrəman fəaliyyətlərinin nəticələrini uzatmaq da olar. Bu artıq dərin araşdırma tələb edir. Tədqiqatçılarımız Difaini heç zaman unutmamalıdırlar. Difai Azərbaycan tarixinin fəxarətli bölümüdür. Bu tarixi araşdırmaq, yeni-yeni nəticələr əldə etmək və xalqa çatdırmaq son dərəcə əhəmiyyətlidir.

 

Söhbətləşdi: Elnur Eltürk

YORUMLAR // Henüz yorum yok, ilk yorumu siz yapın.
 


Adı Soyadı (*)


Başlık (*)


Yorum içeriği (*)


6 + 5 = (İki sayının toplamını aşağıdaki kutuya giriniz.) (*)


Bu Hafta |
Bu Ay |

Arap ülkelerinde başlayan ayaklanmada ABD'niñ bir étkisi olduğunu düşünüyor musunuz?
Yok! Bu ayaklanmalar Arapların bilinçlenmesi ile oldu.
Évet! Bu işte kesinlikle ABD'niñ ilişiği olmalı.
Her işe de ABD'yi sokmayın be kardeşim!
Bilmiyorum. Kesin bir yargıya varamıyorum.