Kullanıcı Adı: Şifre:
Türküstan Qezəti

Ana Sayfa / Politika / Azərbaycanın jurnalist təşkilatı erməniləri ifşa edir
Etiketler:

Azərbaycanın jurnalist təşkilatı erməniləri ifşa edir Azərbaycanın jurnalist təşkilatı erməniləri ifşa edir

Jurnalist Araşdırmalar Mərkəzinin (JAM) yaratdığı www.azerihostage.com saytnın daha üç dildə fəaliyyətə başlaması nəzərdə tutulur.

2011-06-10, 11:31:18 Okunma: 186 0 yorum





Jurnalist Araşdırmalar Mərkəzinin (JAM) yaratdığı www.azerihostage.com saytnın daha üç dildə fəaliyyətə başlaması nəzərdə tutulur.

JAM sədri Seymur Verdizadənin verdiyi məlumata görə, hazırda həmin sayt Azərbaycan və ingilis dillərində yayınlanır. Lakin yaxın gələcəkdə saytın rus, alman və fransız dillərində yeni versiyalarının yaradılmasına hazırlıq görülür: “JAM 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əsirlikdə və girovluqda olmuş azərbaycanlılarla insanlığa sığmayan davranış faktları barədə beynəıxalq aləmin məlumatlandırılması” adlı layihə həyata keçirib. Şuranın maliyyələşdirdiyi layihənin icrası 2010-cu ilin oktyabr – dekabr aylarını əhatə edib. Layihənin nəticəsi olaraq Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən azerihostage.com adlı sayt yaradılıb. Saytda vaxtilə erməni əsirliyində və girovluğunda olmuş azərbaycanlıların üzləşdiyi işgəncə faktları barədə ətraflı məlumatlar yürləşdirilib”.

S.Verdizadə əlavə edib ki, sözügedən layihənin icrası yekunlaşsa da saytın fəaliyyəti davam etdirilir: “Layihənin məzmununa uyğun olaraq aşkarlnan yeni faktlar sayta yerləşdirilir. Sayta maraq böyükdür. Dünyanın 42 ölkəsindən bu saytı ziyarət ediblər. Maraqlıdır ki, saytın ziyarətçiləri arasında Azərbaycandan sonra üstünlük ABŞ vətəndaşlarına məxsusdur. Saytın ümumi ziyarətçilərinin 1,5 faizini isə Ermənistan vətəndaşları təşkil edir”.

Hazırda saytın rus, alman və fransız versiyasının yaradılmasını planlaşdırırıq. Ümid edirik ki, imkanlı və vətənpərvər soydaşlarımız bu vacib işdə dəstəklərini əsirgəməyəcəklər”, - deyə JAM sədri vurğulayıb.

 

YORUMLAR // Henüz yorum yok, ilk yorumu siz yapın.
 


Adı Soyadı (*)


Başlık (*)


Yorum içeriği (*)


1 + 1 = (İki sayının toplamını aşağıdaki kutuya giriniz.) (*)


Bu Hafta |
Bu Ay |

Arap ülkelerinde başlayan ayaklanmada ABD'niñ bir étkisi olduğunu düşünüyor musunuz?
Yok! Bu ayaklanmalar Arapların bilinçlenmesi ile oldu.
Évet! Bu işte kesinlikle ABD'niñ ilişiği olmalı.
Her işe de ABD'yi sokmayın be kardeşim!
Bilmiyorum. Kesin bir yargıya varamıyorum.