Kullanıcı Adı: Şifre:
Türküstan Qezəti

Ana Sayfa / Aqil CAMAL / Zalım oğlu...
Etiketler:

Zalım oğlu... Zalım oğlu...

Artıq gözünü qan örtmüş ərəb üsyançısı bir dəqiqə sonra amansız gülləyə tuş gələcəyinin fərqində deyil. Güllənin üstünə elə güllə kimi şığıyır.

2011-06-10, 11:11:11 Okunma: 290 0 yorum


Aqil CAMAL


Ərəb çölü yenə qan gölünü xatırladır. 30-40 ildir Orta Şərqi hissələrə bölüb hökmranlıq edənləri taxtından düşürməyə qalxmış Məhəmməd ümməti, diktatorların rəzil hərəkətlərinə, kütləvi həbslərə, güllə-barana, saysız insan qırğınına rəğmən öz israrını sürdürür.

 

Artıq gözünü qan örtmüş ərəb üsyançısı bir dəqiqə sonra amansız gülləyə tuş gələcəyinin fərqində deyil. Güllənin üstünə elə güllə kimi şığıyır.

 

Bu gün Kərbala çölünü xatırladır Ərəbistan dünyası. Haqsızlığa, ədalətsizliyə qarşı qeyri-bərabər döyüşə girir İmam Hüseyn nəvələri.

 

Bu mənzərə dəhşətli olduğu qədər də möhtəşəmdir. Adamlar sağ qalıb-qalmayacaqlarına əmin deyillər. Amma Qəddafi əsgərinin, Əsəd polisinin, Saleh silahlısının üzərinə göz qırpmadan gedir. O deməkdir ki, bu diktatorların rejimi altında sağ qalmaqla, həyata göz yummaq arasında elə də fərq yoxdur.

 

Görün, insanlar həyatlarından nə qədər beziblər ki, olumla ölüm arasındakı məsafə onlar üçün bir an qədər kiçilib.

 

Yazının başlığına çıxardığım "Zalım oğlu" sözünü iki gün öncə bir ağsaqqalın dilindən Yəmən prezidenti Əli Abdullah Saleh haqqında eşitdim.

 

Bu söyüşdə nə qədər həqiqət payı var? Adam çıxıb xalqın qarşısında söz verir ki, "bir aydan sonra istefa verəcəyəm. Ölkədə demokratik dəyişikliklər olacaq. Azad seçkilər keçiriləcək".

 

Üstündən bir ay keçəndən sonra istefa vermək niyyətində olmadığını bildirir və xalqa qarşı müharibəyə başlayır. Xalqın müqavimətini qıra bilməyəndən sonra ölkədən qaçıb gedir.

 

Tunisdə Bin Əli də getdi, Misirdə Hüsnü Mübarək də taxtından qopdu. Ancaq onlar xalqın yaddaşından müəyyən müddətdən sonra çıxacaq.

 

İndi Yəmən xaos içindədir. İt yiyəsini tanımır. Hakimiyyətsizlikdi, dükanlar talanır, oğurluq baş alıb gedir... Amma nəticə birdir - prezident Saleh ölkədən gedib, vəzifəsini faktiki icra etmir.

 

Bizim ağsaqqalın da Əli Abdullah Saleh barəsində dediyi "zalım oğlu" sözü elə burdan qaynaqlanır.

 

Zalım oğlu, əgər enində-sonunda gedəcəksənsə, niyə ölkəni xarabazarlığa çevirirsən, milləti qırırsan, insanların malını yağmaladırsan? Ölkəni onillərlə geri salan bu vəziyyətə görə yəmənlilər yüzillərlə səni və nəslini lənətləməyəcəklərmi?

 

Eyni aqibət Suriya prezidenti Bəşər Əsədi, Liviya prezidenti Müəmmər Qəddafini də gözləyir. Onlar da tarixdə yalnız lənətlə xatırlanacaq. Müaviyə kimi, Yezid kimi...

YORUMLAR // Henüz yorum yok, ilk yorumu siz yapın.
 


Adı Soyadı (*)


Başlık (*)


Yorum içeriği (*)


9 + 7 = (İki sayının toplamını aşağıdaki kutuya giriniz.) (*)



SAYĞAÇ GÖSTƏRİCİSİ

İranın parçalanması Sizcə nə dərəcə mümkündütr?
Xarici qüvvələrin müdaxiləsi ilə.
Güney Azərbaycan Milli Hərəkatı tam olaraq ortaya çıxsa.
İranın parçalanması mümkün deyildir.
bu haqda fikrim yoxdur.