Kullanıcı Adı: Şifre:
Türküstan Qezəti

Ana Sayfa / Gündəm / Azərbaycan-Gürcüstan sərhədləri ilə bağlı yeni tarixi fakt aşkarlanıb
Etiketler:

Azərbaycan-Gürcüstan sərhədləri ilə bağlı yeni tarixi fakt aşkarlanıb Azərbaycan-Gürcüstan sərhədləri ilə bağlı yeni tarixi fakt aşkarlanıb

Azərbaycan arxeoloqları Azərbaycan-Gürcüstan sərhədləri ilə bağlı yeni tarixi fakt aşkarlayıblar. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə arxeoloji ekspedisiyasının rəisi Arif Məmmədov Trend-ə bildirib ki, onun rəhbərlik etdiyi ekspedisiyanın üzvləri Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində - Kür və Xram və ya Anaxatır çaylarının birləşdiyi ərazidəki hündür torpaq təpələyinin üstündə ilk orta əsrlərdə mövcud olan Xunan şəhərinin qalıqlarını aşkarlayıblar.

2011-06-02, 17:19:03 Okunma: 315 0 yorum





Alim bildirib ki, bu vaxta qədər həm azərbaycanlı, həm də gürcü alimlər Xunan şəhərinin Tovuz rayonunun Xatınlı və Əlimərdanlı kəndlərinin arasında olması fikrini qəbul ediblər.

Amma Azərbaycan alimləri yazılı mənbələrə və yeni arxeoloji materiallara istinadən Xunan şəhərinin Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində olduğunu sübut ediblər.

Arif Məmmədovun sözlərinə görə, əvvəllər gürcü alimlər Xunan şəhərinin Tovuz rayonu ərazisində olduğunu əsas gətirərək, Gürcüstan sərhədlərinin Tovuzadək uzandığını iddia edirdilər.

Lakin Xunan şəhərinin dəqiq yerinin aşkarlanması yeni faktlar ortaya çıxardı. Belə ki, ilk orta əsrlərdə hər bir iri feodal şəhərinin ən azı 150 kilometrlik məsafədə mərkəz rolunu oynadığını nəzərə alsaq, onda Xunan digər Azərbaycan torpaqları olan Borçalı, Başkeçid, Basarkeçər, Şəmşəddil, İrəvan, Tiflis və s. üçün də əsas mərkəz olub”, - Arif Məmmədov əlavə edib.

YORUMLAR // Henüz yorum yok, ilk yorumu siz yapın.
 


Adı Soyadı (*)


Başlık (*)


Yorum içeriği (*)


7 + 8 = (İki sayının toplamını aşağıdaki kutuya giriniz.) (*)



SAYĞAÇ GÖSTƏRİCİSİ

İranın parçalanması Sizcə nə dərəcə mümkündütr?
Xarici qüvvələrin müdaxiləsi ilə.
Güney Azərbaycan Milli Hərəkatı tam olaraq ortaya çıxsa.
İranın parçalanması mümkün deyildir.
bu haqda fikrim yoxdur.