Kullanıcı Adı: Şifre:
Türküstan Qezəti

Ana Sayfa / Gündəm / Ermənilər gürcülərlə gizli danışıqlar aparır?
Etiketler:

Ermənilər gürcülərlə gizli danışıqlar aparır? Ermənilər gürcülərlə gizli danışıqlar aparır?

Gürcüstanın Cavaxetiya bölgəsində Ermənistan konsulluğunun açılması ilə bağlı danışıqlar davam etdirilir. Belə bir bəyanatı Ermənistanın xarici işlər nazirinin müavini Sergey Minasyan ölkə parlamentindəki çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, İrəvanla Tiflis arasında bu istiqamətdə müzakirələr davam etsə də, hələlik konkret qərar yoxdur. Danışıqlarda müsbət nəticənin əldə olunmadığını gizlətməyən Minasyan eyni zamanda məsələnin aktuallığını itirmədiyini əlavə edib.

2011-06-02, 17:10:30 Okunma: 160 0 yorum





Şübhəsiz ki, ermənistanlı nazirin söylədikləri Azərbaycan tərəfindən diqqətsiz qalmamalıdır. İlk növbədə ona görə ki, Gürcüstanda yarım milyondan çox azərbaycanlı yaşayır. Yəni Cavaxetiyada Ermənistan konsulluğunun açılması ilə bağlı Tiflislə İrəvanın qərara gələcəyi təqdirdə, rəsmi Bakının Gürcüstan hökumətindən analoji addım atmağı tələb etməsi labüdləşə bilər. Hər halda Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığını nəzərə alsaq, rəsmi Bakının Borçalıda (azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsi) konsulluq və ya digər rəsmi nümayəndəlik açmaq istəyinə Saakaşvili hökuməti “yox” deməyəcək. Ən azı bunun üçün ciddi arqument tapılmayacaq. ANS PR

YORUMLAR // Henüz yorum yok, ilk yorumu siz yapın.
 


Adı Soyadı (*)


Başlık (*)


Yorum içeriği (*)


1 + 3 = (İki sayının toplamını aşağıdaki kutuya giriniz.) (*)



SAYĞAÇ GÖSTƏRİCİSİ

İranın parçalanması Sizcə nə dərəcə mümkündütr?
Xarici qüvvələrin müdaxiləsi ilə.
Güney Azərbaycan Milli Hərəkatı tam olaraq ortaya çıxsa.
İranın parçalanması mümkün deyildir.
bu haqda fikrim yoxdur.